Tamaşaçılar "Avroviziya"nı maskasız izləyəcək

Tamaşaçılar "Avroviziya"nı maskasız izləyəcək
calendar 17 may 2021
clock 18:02

Ötən il təxirə salınmış “Eurovision” mahnı müsabiqəsi bu il Rotterdamda məhdud sayda tamaşaçının iştirakı ilə keçirilir.

Kulis.az xəbər verir ki, 39 ölkənin iştirakı gözlənilən müsabiqə zalı yalnız 20 faiz tamaşaçı qəbul edəcək. COVID-19 testi neqativ çıxan 3500 tamaşaçı müsabiqəni maskasız izləyə biləcək.

Avstriya əvvəlcədən lentə alınmış virtual formatda müsabiqəyə qatılacaq. Polşa və İrland qruplarında koronavirus analizinin cavabı pozitiv olanlar müsabiqəyə qatıla bilməyəcəklər. Rumıniya və Malta qrupları da həmin mehmanxanada olduqları üçün onlar da müsabiqədə iştirak edə bilməyəcəklər.

Təşkilatçılar 65-ci “Avroviziya” mahnı müsabiqəsinin mövzusunu- “Open Up” saxladıqlarını təsdiqləyiblər.

“Şüarı özünəməxsus şəkildə tamamlamaq üçün azadlığı hiss edin. Dövrümüzün ruhunu əks etdirən bu mövzunu seçməyi vacib hesab etdik. Bu şüarla insanları səmimi şəkildə bir-birindən fərqli fikirlərə, bir-birinin hekayələrinə və əlbəttə ki, bir-birinin musiqisinə açıq olmağa dəvət edirik” ,- deyə icraçı prodüser Sietse Bakker deyib.

“Avroviziya” mahnı müsabiqəsinin loqosunun 2020-ci ilin dekabrından açıqlandığını xatırladaraq, S.Bakker qeyd edib ki, yeni loqo 2021-ci il may ayında Avropanın döyünən ürəyi olan – Rotterdamı iştirakçı ölkələrin paytaxtı ilə birləşdirir və bir araya gəlməyi simvollaşdırır. /azertag.az/

# 1680 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news