Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olundu

Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olundu
calendar 1 avqust 2020
clock 16:33

İyulun 31-də Tbilisidə görkəmli ictimai xadim, müəllim, həkim, dramaturq Nəriman Nərimanovun anadan olmasının 150 illiyi qeyd edilib.

Tədbir Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi, Nəriman Nərimanovun Xatirə Muzeyi və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbir iştirakçıları əvvəlcə N.Nərimanovun Marneulidəki abidəsini ziyarət edib, gül dəstələri düzüblər.

Sonra yubiley tədbiri Tbilisidəki Nəriman Nərimanovun Xatirə Muzeyində davam etdirilib.

İnteqrasiya mərkəzinin icraçı direktoru Aygül İsayeva çıxış edərək görkəmli ictimai xadim və yazıçı Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Sərəncamının əhəmiyyətini qeyd edib.

Böyük ədibin həyat və yaradıcılığından danışan A.İsayeva deyib ki, N.Nərimanov Azərbaycan və gürcü xalqlarının dostluq simvoludur.

Sonra N.Nərimanovun yaradıcılığının ayrı-ayrı sahələri barədə məlumat verilib.

Gənclər və tələbələr böyük ədibin əsərlərindən parçalar söyləyiblər. /azertag.az/

# 1923 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news