Təbrizli fotojurnalistin Parisdə sərgisi açıldı - Fotolar

Təbrizli fotojurnalistin Parisdə sərgisi açıldı - Fotolar
calendar 10 sentyabr 2020
clock 11:07

Parisin “La Villette Grande Halle” böyak sərgi mərkəzində fotojurnalist Rza Deqati və Plantunun birgə “Yağış altında rəqs etmək” adlı sərgisi açılıb. Sərgi yeni video-proyektor formatında təşkil olunub.

Kulis.az xəbər verir ki, yeni formatda təşkil edilmiş sərgidə Rza Deqatinin Bakıda çəkdiyi şəkillər də nümayiş olunub.

Fotolar klassik sərgilərdə olduğu kimi, kağız üzərində deyil, video-proyektorlarla sərgi zalının divarlarında film formasında təqdim olunub.

Nümayiş olunan fotolar haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirən Rza Deqatnin ölkəmizdə dini tolerantlığa həsr olunmuş “Azərbaycan. Tolerantlıq məkanı” fotosərgisi bir çox ölkələrdə, eləcə də BMT-nin mənzil qərargahında, Avropa Parlamentində nümayiş olunub.

Heydər Əliyev Fondunun dəstəyi ilə fotojurnalist Reza Deqatinin “Odun cazibəsi” və “Günahsızların qırğını” adlı iki foto kitabı işıq üzü görüb.

“Odun cazibəsi” kitabında Reza Deqatinin 1987-ci ildən başlayaraq Azərbaycana səfərləri zamanı çəkdiyi fotolar nümayiş olunub. Bu fotolarda Azərbaycanın rayonları, ucqar kəndləri, sadə insanların həyat tərzi, adət-ənənələri və digər məqamlar əksini tapıb. Müəllif müxtəlif tədbirlərdən çəkdiyi fotolarla Azərbaycan mədəniyyətinin özünəməxsus mənzərəsini yaradıb.

“Günahsızların qırğını” kitabında isə fotojurnalistin 1992-ci ildə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı lentə aldığı görüntülər toplanıb. Kitabda, həmçinin Xocalı soyqırımının dünyada tanınması məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlərdən, qaçqın və məcburi köçkünlər üçün salınan şəhərcikdən fotolar da yer alıb.

Qeyd edək ki, Rza Deqani Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. /azertag.az/

# 1731 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news