Teatrın döyüşçü əməkdaşları cəbhədən qayıtdı - Foto

Teatrın döyüşçü əməkdaşları cəbhədən qayıtdı - Foto
calendar 19 dekabr 2020
clock 16:51

Akademik Milli Dram Teatrının döyüşçü əməkdaşları cəbhədən qayıdıblar.

Akademik Milli Dram Teatrının Vətən müharibəsində iştirak edən əməkdaşları qazi Tərlan Əsgərli və Rüfət Cabbarov cəbhədən qayıdıblar. Onlar teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovla görüşüblər.

Teatr rəhbəri ölkəmizin böyük sınaq günlərində onların cəbhəyə yollanmağını yüksək vətəndaşlıq nümunəsi kimi dəyərləndirib, hər iki döyüşçünün sağ-salamat evə dönməsi münasibəti ilə özlərinə və ailə üzvlərinə gözaydınlığı verib.

Tərlan Əsgərli Vətən müharibəsində iştirak etməyi özünün müqəddəs borcu adlandırıb: “Ermənilər təxribat törədəndə hamı kimi mən də Vətənin səsinə səs verməyi özümə borc bildim. General Polad Həşimov şəhid olanda könüllü olaraq hərbi komissarlığa müraciət etdim. Sentyabrın 21-də təlimlər başladı, 27-də isə cəbhəyə yola düşdük. İlk döyüşüm Füzuli istiqamətində oldu. Bir çox əraziləri, düşmən postlarını ələ keçirdik. Füzulidə yaralandım. Bir neçə gün hospitalda müalicə aldım. Həkimlər bizə çox yaxşı baxırdılar. Tez müddətdə sağaldım, yenidən döyüşə qayıtdım. Cəbrayıl, Xocavənd, Füzuli və Qubadlıda döyüşlərdə iştirak etdim. Mən on altı yaşımdan teatrda işləyirəm. Teatrımızda oynanılan vətənpərvərlik haqqında tamaşalarla böyümüşəm. Vətəni sevmək hissinə uşaqlığımdan köklənmişəm. Döyüşdə olanda hər yerdən xəbərlər gəlirdi ki, bütün Azərbaycan sizdən danışır. Bu, əlbəttə, fəxr hissi idi. Azərbaycan xalqı bu Zəfəri 30 ildir gözləyirdi. Bu qələbə yolunda şəhidlərimiz oldu, qazilərimiz var. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa arzu edirəm. Vətən nə vaxt çağırsa, əldə silah onun səsinə səs verməyə hər zaman hazıram".

Rüfət Cabbarov isə deyir ki, döyüşçü kimi insanların böyük sevgisini, böyük diqqətini görüb: "Bunu hələ hərbi hissədən tərxis olunub Bakıya gələndə yolda gördük. Hiss etdik ki, bizi necə çox istəyirlər. Əlbəttə, bu böyük qürur hissidir. Mən Cəbrayıl, Füzuli və Hadrud istiqamətində döyüşmüşəm. Bütün əsgər və zabit yoldaşlarımız böyük ruh yüksəkliyi, qələbə əzmi ilə döyüşürdü. Yalnız irəli getməyi, Vətənimizin hər qarışını düşməndən azad etməyi qarşımıza məqsəd qoymuşduq. Şükür Allaha ki, bu məqsədimizə də nail olduq. Bu qələbə Azərbaycan xalqının haqqıdır. Bu haqqa sahib olmaq üçün şəhidlər verdik, qazilərimiz var. Onların heç birinin qanı yerdə qalmadı. Düşmən bizim gücümüzü, cəsarətimizi gördü".

Qeyd edək ki, Tərlan Əsgərli və Rüfət Cabbarovdan başqa Vətən müharibəsində Akademik Milli Dram Teatrının digər əməkdaşı Ruslan Kərimov da iştirak edib. O, hazırda orduda xidmətini davam etdirir. Onun yolunu təkcə ailə üzvlər yox, Milli Teatrın bütün əməkdaşları gözləyir.

# 2378 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news