Topal Teymurla Axundov bir filmdə 

Topal Teymurla Axundov bir filmdə 
calendar 29 mart 2021
clock 18:06

Azərbaycanın Xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 75 illik yubileyi ilə bağlı film çəkilir.

AzTV-dən Kulis.aza verilən xəbərə görə, bu, R.Həsənoğlunun yubileyinə Azərbaycan Televiziyasının hədiyyəsidir.

Şərti adı “Uzun yolun bələdçisi” olan filmin rejissoru Elnur Məmmədov, ssenari müəllifi Afaq Vasifqızıdır.

Filmdə Ramiz Həsənoğlunun bir zamanlar TV-də, teatrda, kinoda yaratdığı obrazlar – Topal Teymur, Salman bəy, Zəhra xalaqızı, Müşkünaz xanım, Mirzə Fətəli bir araya gələcəklər. Lakin bu dəfə yeni ampluada.

Rejissorun ən yaddaqalan qəhrəmanlarını elə onları yaradan aktyorlar – Cahangir Novruzov, Afaq Bəşirqızı, Məbud Məhərrəmov, Elman Rəfiyev, Hacı İsmayılov, Dilarə Əliyeva, Rasim Balayev, Məmməd Səfa, İlham Namiq Kamal və digərləri canlandıracaq.

Ramiz Həsənoğlunun həyatından da parçaların nümayiş olunacağı filmin çəkilişləri hazırda davam edir.

# 1608 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news