Tərcümə Mərkəzində görüş keçirildi

Tərcümə Mərkəzində görüş keçirildi
calendar 8 iyun 2021
clock 18:30

İyunun 8-də Şimali Kipr Türk Respublikası Bakı nümayəndəliyinin rəhbəri xanım Növber Ferit Veçhi, Şimali Kipr Təhsil və Mədəniyyət attaşesi cənab Teyfik Ulual Dövlət Tərcümə Mərkəzində olublar.

Tərcümə mərkəzindən Kulis.az-a verilən məlumata görə, görüş zamanı Mərkəz tərəfindən müxtəlif illərdə Azərbaycan dilində ərsəyə gətirilmiş Türkiyə ədəbiyyatı nümunələri – 2017 və 2018-ci illərdə Azərbaycanda nəşr olunmuş “Türkiyə ədəbiyyatı antologiyası” (poeziya və nəsr) kitabları ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan–Şimali Kipr ədəbiyyatlararası əlaqələrin genişlən­dirilməsi istiqamətində atılacaq növbəti addımlar müzakirə edilib.

Mərkəzin rəhbəri Afaq Məsud çıxışı zamanı bunları deyib: “Bu gün Şimali Kipr ədəbiyyatı və mədəniyyətinin Azərbaycanda təbliğinə böyük ehtiyac var. Kipr yazıçı və şairləri, rəssam və bəstəkarlarının əsərləri bu gün dünyanın aparıcı kitabxanalarında, sərgilərində yer almaqdadır. Bu sənət incilərinin Azərbaycanda da tanıdılması qarşımızda duran əsas vəzifələrdən biridir”.

# 1693 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news