UNESCO Trampa xəbərdarlıq etdi

UNESCO Trampa xəbərdarlıq etdi
calendar 7 yanvar 2020
clock 10:20

UNESCO İranı mədəniyyət abidələrinə hücum etməklə təhdid edən Donald Trampa xəbərdarlıq etdi.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, təşkilat Donald Trampa, ABŞ və İranın müharibə zamanı mədəni abidələrə zərər verməyəcəklərinə dair beynəlxalq müqavilələrə imza atdığını yadına salıb. UNESCO tərəfindən bazar günü verilən açıqlamada Cenevrə Müqaviləsinin 53-cü maddəsi xatırladılaraq mədəni sərvətlərə qarşı düşmənçilik tətbiqinin qadağan edildiyi vurğulanıb.

Qeyd edək ki, İranda UNESCO tərəfindən mədəni miras çərçivəsində müdafiə olunan 24 sahə var. Bu sahələr arasında Şiraz şəhərində yerləşən Perspolis, İsfahan Ulu Məscidi, 1967- ci ildə Tehranda sonuncu Şahın tac qoyduğu Gülüstan sarayı yer alır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp həftə sonu şəxsi tvitter səhifəsində: “Əgər İran amerikalılara, ya da Amerika sərvətlərinə hücum edərsə, 52 İran hədəfi təyin etdik. Bəziləri İran və İran mədəniyyəti üçün çox əhəmiyyətli olan bu hədəflər çox sürətli və güclü bir şəkildə vurulacaq” mesajını vermişdi.

# 2609 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news