Üzeyir bəyin kitabı Fransada nəşr olundu

Üzeyir bəyin kitabı Fransada nəşr olundu
calendar 14 dekabr 2020
clock 16:57

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin kitabı Fransada işıq üzü görüb.

Kulis.az xəbər verir ki, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının tərcüməsindən ibarət olan kitab Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə reallaşıb.

Kitab bəstəkarın qardaşı Ceyhun Hacıbəyli tərəfindən tərcümə olunub. O, qardaşının əsərinin Fransada tanınması üçün bu operettanı fransız dilinə tərcümə edib. Bu ölkədə yaşayan müsəlmanlara təqdim etmək niyyətində olub.

Kitab Azərbaycan səfirliyinin dəstəyi ilə kitab Şuşanın azad edildiyi gün nəşriyyata təqdim edilib.

Qeyd edək ki, Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyli tərəfindən tərcümə və adaptasiya edilmiş “Arşın mal alan” kitabı 1876-cı ildən fəaliyyət göstərən “Hermann” nəşriyyatı tərəfindən çap edilib. Səfir Rəhman Mustafayev və Paskal Hacıbəyli-Buşe kitaba “Ön söz” yazıblar. Müqəddimədə Üzeyir Hacıbəyli və “Arşın mal alan” operettası haqqında ətraflı məlumat verilib.

# 2030 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news