Vaqif Səmədoğluna həsr olunmuş gecə keçirilib

Vaqif Səmədoğluna həsr olunmuş gecə keçirilib
calendar 21 noyabr 2019
clock 09:37

Noyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMIU) təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğluya həsr olunan “Şair kimi yox, şeir kimi ölmək istəyirəm” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirin rejissoru ADMİU-nun Teatr sənəti fakültəsinin müəllimi Gümrah Ömərdir. Rejissor ədibin nəsr və nəzm əsərlərindən ibarət kompozisiya hazırlayıb.

Kompozisiyada V.Səmədoğlunun “Öküz yolu” pritçasından, “Sevgilim, mən öləndə...”, “Yatmaq istəyirəm...”, “İçimə məhəbbət yazır...”, “Əlimi uzatdım...”, “Ömrün gecəsi gələndə...”, “Şair kimi yox, şeir kimi ölmək istəyirəm...” və digər şeirlərindən istifadə olunub.

Bədii kompozisiyada Teatr sənəti fakültəsinin tələbələri çıxış ediblər.

Tədbirdə, həmçinin Musiqi sənəti fakültəsinin tələbələri V.Səmədoğlunun sözlərinə bəstələnmiş “Uzaq yaşıl ada”, “Sən gələndə”, “Qız əlləri”, “Kimsən sən?”, “Çiçək yağışı”, “Bir axşam taksidən düşüb payıza” (bəstəkar Emin Sabitoğlu), “Bəlkə də” və “Dön, geri dön” mahnılarını səsləndiriblər.

# 2372 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news