Vətən birdi, Vətən birdi, Vətən bir! – Günün Şeiri

Vətən birdi, Vətən birdi, Vətən bir! – Günün Şeiri
calendar 15 iyun 2020
clock 10:50

Kulis.az 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə şair Elxan Zalın Ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Dədə Heydər türbəsinə el gəlir” şeirini təqdim edir.

Dədə Heydər türbəsinə el gəlir,
Yatan birdi, yatan birdi, yatan bir.
Od ölkəsi göy altında dururkən,
Bu tən birdi, bu tən birdi, bu tən bir.

Saf könüldə közərən söz ilahdı,
Tanrı özü bizə verdi bu taxtı,
Pozulmayan törəmiz var - ocaqdı,
Çatan birdi, çatan birdi, çatan bir.

Xaqan getdi, türk budunu sayrudur,
Ayrılığın namazına ayrı dur,
Uyquda da demə Təbriz ayrıdır,
Vətən birdi, Vətən birdi, Vətən bir!

Ər kişiyə qucaq açdı Tanrıdağ,
Həqq evinə bircə yol var - ərsayaq.
Bir kəz qalxıb daha enməz bu bayraq,
Tutan birdi, tutan birdi, tutan bir.

Şükür olsun, bu millət var, Vətən var,
Torpaq altda saya gəlməz yatan var,
Nə qədər ki, bayrağını tutan var,
Atan birdi, atan birdi, atan bir.

# 6703 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news