Xalq şairi: Şuşanın taleyi Azərbaycanın taleyi oldu

Xalq şairi: Şuşanın taleyi Azərbaycanın taleyi oldu
calendar 31 avqust 2021
clock 14:22

Şuşada Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi nəinki tərcümeyi-halımızda, hətta taleyimizdə tarixi hadisədir. Erməni işğalı dövründə Şuşada dağıdılmış abidələr bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bərpa etdirilib. Vaqif məqbərəsi yenidən ucalır.

Kulis.az xəbər verir ki, bu sözləri Xalq şairi Nəriman Həsənzadə deyib. Heydər Əliyevin təşəbbüsü ilə Şuşada inşa edilmiş Vaqif məqbərəsinin 1982-ci ildə keçirilmiş açılış mərasimində iştirakını xatırladan Nəriman Həsənzadə vaxtilə olduğu kimi, indi də Vaqif Poeziya Günlərinə Azərbaycanının görkəmli insanlarının gəldiyini vurğulayıb.

Nəriman Həsənzadə deyib: “Şuşa qədim tarixi, zəngin mədəniyyəti olan Azərbaycan şəhəridir. Şuşanın taleyi Azərbaycanın taleyi oldu. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” fikri tarixi mahiyyət daşıyır. Azərbaycanın taleyi həll olundu. Torpaqlarımız işğaldan azad edildi”.

Prezident İlham Əliyevin Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxışı zamanı söylədiyi “Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq” fikirlərini xatırladan Nəriman Həsənzadə bu tədbirin hər bir azərbaycanlının taleyində mühüm hadisə olduğunu vurğulayıb.

# 1547 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news