Xətainin anadilli “Divan”ının nadir nüsxəsi aşkar olunub

Xətainin anadilli “Divan”ının nadir nüsxəsi aşkar olunub
calendar 17 mart 2020
clock 18:50

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Özbəkistanda Azərbaycana aid qorunan qədim əlyazmalarla bağlı tədqiqat işi həyata keçirib.

Tədqiqat Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında aparılıb. Tədqiqat işinə əsasən, Azərbaycana dair Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmaların müəyyən edilməsi, onların kataloqunun hazırlanması, surətlərinin qarşılıqlı əsaslarla AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu ilə mübadiləsi həyata keçiriləcək.

Aparılan tədqiqat zamanı Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və başqa tanınmış Azərbaycan klassiklərinin çoxsaylı əlyazma əsərləri aşkar olunub və ilkin tədqiqata cəlb edilib. Bu əlyazmalar arasında ölkəmiz üçün dəyərli və önəmli hesab edilən Şah İsmayıl Xətainin anadilli “Divan”ının əlyazma nüsxəsi də var. Xətainin anadilli “Divan”ının digər nüsxələri Britaniya Muzeyində və İran İslam Respublikasında qorunmaqdadır.

Qeyd edək ki, əlyazma nüsxəsinin surəti daha geniş tədqiqat və nəşr üçün Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun təşəbbüsü ilə əldə olunub.

Əlyazmanın katibi Şah Məhəmməd əl-Nişapuridir. Əlyazmanın köçürülmə tarixi hicri tarixi ilə 942-ci il göstərilir (Miladi tarixlə 1535 kimi qeyd edilib). Əlyazma incə nəstəliq xətti ilə köçürülüb, həcmi 84 vərəqdir.

Qeyd edək ki, Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsi yaxın vaxtlarda nəşr olunacaq və rəsmi surətdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna hədiyyə ediləcək. /azertag.az/

# 2039 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news