YUĞ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illik yubileyləri qeyd ediləcək

YUĞ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illik yubileyləri qeyd ediləcək
calendar 30 noyabr 2019
clock 15:53

Bu il YUĞ Dövlət Teatrının yaranmasının 30, teatrın banisi görkəmli rejissor Vaqif İbrahimoğlunun 70 illik yubileyidir.

Kulis.az xəbər verir ki, mədəniyyət nazirinin əmrinə əsasən, teatrın və onun yaradıcısı V.İbrahimoğlunun yubileyi yüksək səviyyədə qeyd olunur.

Teatrın bütün yaradıcı heyətinin iştirakı ilə hazırlanan yubiley tədbiri dekabr ayının 3-də S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində olacaq.

Teatrın ədəbi hissə müdiri Elçin Cəfərovun sözlərinə görə, tədbirdə əvvəlcə qonaqlar teatrın foyesində sənət ocağının 30 illik fəaliyyəti əks etdirən fotolardan ibarət sərgiyə baxacaqlar. Azərbaycan Dövlət Teatr Muzeyinin hazırladığı fotosərgidə teatrın yaranma və inkişaf tarixinin müxtəlif mərhələlərini ehtiva edən fotoşəkillər nümayiş olunacaq.

Yubiley tədbirində teatrın müxtəlif tamaşalarından parçalar nümayiş olunacaq, Vaqif İbrahimoğlunun Azərbaycan mədəniyyətinə bəxş etdiyi YUĞ Dövlət Teatrının tarixinə və inkişaf yoluna nəzər salınacaq.

Image result for YUĞ Teatrının Vaqif İbrahimoğlu

# 2407 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news