Yaradıcılıq müsabiqəsinə yekun vuruldu

Yaradıcılıq müsabiqəsinə yekun vuruldu
calendar 24 avqust 2020
clock 14:43

“Müstəqil.Az” və “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə general Polad Həşimovun unudulmaz xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsinə 23 avqust 2020-ci il tarixdə yekun vurulmuşdur.

Bu barədə Kulis.aza layihə rəhbəri Faiq Balabəyli məlumat verib:

Layihə rəhbəri olaraq müsabiqədə iştirak edənlərin hər birinə öz minnətdarlığımızı bildirir və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Diqqətinizə çatdırırıq ki, münsiflər heyətinin yekdil qərarına əsasən:

1-ci yerə hərbi mövzularda qələmə aldığı yazıları ilə oxucuların diqqətini çəkən, Azərbaycan Respublikasının əməkdar jurnalisti, ehtiyatda olan polkovnik-leytenant İbrahim İbadoğlu Rüstəmli

2-ci yerə “Yazı” jurnalının baş redaktoru, yazıçı Azad Qaradərəli

3-cü yerə Azərbaycan Yazıçılar Birliyinin üzvi, şair Aysel Xanlarqızı Səfərli və Abşeron rayonu Saray qəsəbəsi A.Müzəffərov adına 2 N-li tam orta məktəbin dil-ədəbiyyat müəllimi Nigar İlhamqızı layiq görülmüşlər.

“Müstəqil.Az” və “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin rəhbərliyi qalibləri ürəkdən təbrik edir, general Polad Həşimovun unudulmaz xatirəsinə hörmət və ehtiramla yanaşdıqlarına görə hər bir müsabiqə iştirakçısına öz dərin minnətdarlığını bildirir.

Qeyd edək ki, qaliblərə Diplom və mükafatlar yaxın günlərdə təqdim olunacaq.

Gallery

# 2087 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news