Yazıçımızın kitabı Türkiyədə çap olundu

Yazıçımızın kitabı Türkiyədə çap olundu
calendar 19 mart 2021
clock 10:45

Uşaq yazıçısı Sevinc Nuruqızının “Melisa” nağıl-romanı Türkiyədə keçirilən 9. İlesam-Akçağ uşaq ədəbiyyatı roman, hekayə və nağıl - 2018 müsabiqəsində roman nominasiyasının qalibi olub.

Kulis.az xəbər verir ki, bir sıra türk dövlətlərindən uşaq ədəbiyyatı yazarlarının iştirak etdiyi müsabiqədə birincilik qazanan əsərlər kimi yazıçının həmin əsəri "Akçağ" yayın evi tərəfindən kitab şəklində nəşr olunub.

Sevinc Nuruqızının “Melisa” nağil-romanı 9-14 yaş uşaqların mütaliəsi üçün nəzərdə tutulub. Əsərdə balaca oxucular həyat həqiqətlərini əks etdirən, cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanlar xarakterik obrazları, müxtəlif ailələrdə yaşayan həmyaşıdlarının həyatı ilə tanış olur, valideyn himayəsindən məhrum olan uşaqların çətinliklərlə apardığı mübarizəni izləyirlər. Kitabı Türkiyə türkcəsinə İmdat Avşar tərcümə edib, illüstrasiyaların müəllifi gənc rəssam Tahirə Quliyevadır.

Kitabda "Melisa" ilə yanaşı " Ciya ilə iki gün", "İpəkcənin macəraları" və "Ay, yoxsa yemiş dilimi" əsərləri də daxil edilib.

# 1871 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news