Yeni filmin nümayişi təşkil olunub

Yeni filmin nümayişi təşkil olunub
calendar 8 may 2021
clock 18:01

8 may 2021-ci ildə Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatlarının üzvləri üçün 9 May - faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə əlaqədar, Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə, Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gətirilən, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin nümayişi təşkil olunub.

XİN-dən verilən məlumata görə, tədbirin əvvəlində Azərbaycan xalqının İkinci Dünya Müharibəsində iştirakı və faşizm üzərində Qələbə qazanılmasında oynadığı rolu əks etdirən qısa foto-sərgi nümayiş etdirilib.

Tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva çıxış ediblər. Çıxışlarda İkinci Dünya müharibəsində soydaşlarımızın göstərdiyi şücaət haqqında danışılıb və gənclərin bu istiqamətdə məlumatlılığının, habelə tariximizi daha dərindən öyrənmələrinin əhəmiyyətini vurğulanıb. Müstəqilliyimiz bərpa edildiyi vaxtdan etibarən ilk dəfə olaraq 9 May Qələbəsinin ikiqat fəxarətlə qeyd olunduğu vurğulanıb, bu xüsusda 2020-ci il 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edən Müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin əhəmiyyətindən bəhs edilib. Bütün şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Daha sonra, Bakı Media Mərkəzinin ssenarist və redaktoru Müsəllim Həsənovun “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin ssenarisi, necə ərsəyə gətirilməsi barədə çıxışı dinlənilib.

Çıxışlardan sonra filmin nümayişi baş tutub.

# 1206 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news