Yeni yazı müsabiqəsi elan edildi

Yeni yazı müsabiqəsi elan edildi
calendar 10 iyun 2020
clock 10:24

ABŞ-ın Yale Universiteti 2021-ci il üçün Dram Yazı Müsabiqəsini elan edib.

Yale Dram Yazı Müsabiqəsi gənc dramaturqlar üçün hər il keçirilən, beynəlxalq müsabiqədir. Müsabiqə Devid Çarlz Horn Fondunun dəstəyi ilə maliyyələşdirilir.

Müsabiqənin qalibinə fond tərəfindən 10 min ABŞ dolları məbləğində mükafat veriləcək.

Qalibləri dövrümüzün görkəmli dramaturqları seçəcəklər. Bu müsabiqə yalnız ingilis dilində yazılmış pyeslərlə məhdudlaşır. Təqdim olunan işlər orijinal, dərc olunmamış ən azı 65 səhifədən ibarət tammetrajlı pyeslər olmalıdır. 65 səhifədən az olan pyeslərə baxılmayacaq. Tərcümələr, myuzikllar və uşaq tamaşaları qəbul edilmir.

Yale Dram Yazı Müsabiqəsi gənc dramaturqlara dəstək olmaq üçün nəzərdə tutulub. Müəllif müsabiqədə yalnız bir dəfə qalib gələ bilər.

İşlər “Word” proqramında yığılmalı, səhifələri nömrələnməli və peşəkar pyes formatında olmalıdır.

Müraciət etmək istəyənlər https://yup.submittable.com/submit ünvanına daxil ola bilərlər. /azertag.az/

# 2507 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news