Yusif Eyvazovla bağlı xəbər yalan çıxdı

Yusif Eyvazovla bağlı xəbər yalan çıxdı
calendar 14 yanvar 2020
clock 12:46

“Forumopera.com” xəbər portalı Azərbaycanın Xalq artisti Yusif Eyvazovla bağlı yaydığı məlumatı təkzib edib.

Dünən məşhur tenor ifaçısının milliyətcə erməni soprano Ruzan Mantaşyanla siyasi səbəblərdən bir səhnədə çıxış etməkdən imtina etməsi barədə dərc etdiyi xəbərin doğru olmadığını qeyd edib.

Təkzib xəbərində bildirilib ki, tenor bu məsələdə heç vaxt kiçik irad səsləndirməyib və bu, anlaşılmazlıq ola bilər.

Y. Eyvazovun özü də sözügedən açıqlamanı instaqram səhifəsində paylaşıb. O, baş verənlər barədə danışıb: “Əziz dostlar, mən azərbaycanlıyam və Azərbaycanla Ermənistan arasındakı vəziyyətə dair tamamilə aydın bir fikir və düşüncəm var, amma siyasi görüşlərim heç vaxt peşəmə və səhnədəki fəaliyyətimə təsir etmir. Bolşoy Teatrda dəfələrlə Mariya Qule qina və Qevorq Akopyan ilə birlikdə səhnəyə çıxdığım buna sübutdur. Buna görə təsdiqlənmiş məlumatlara etibar edin və təxribat xarakterli informasiyaları bundan sonra yaymayın. Təxribata yol verməyin”.

Həmçinin konsertin keçiriləcəyi məkan- “Semper Opera Ball” da informasiyaların yanlış olduğunu vurğulayıb. Mərkəzin rəhbərliyi Y. Eyvazovun bu cür sövdələşməyə girmədiyini söyləyib. Həmçinin Ruzan Mantaşyanın fevralın 7-də “Opera Ball”da çıxışı üçün müqavilə imzalanmayıb. /qafqazinfo.az/

# 2166 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news