Ağasadıq Gəraybəylinin anım günüdür

Ağasadıq Gəraybəylinin anım günüdür
calendar 5 dekabr 2023
clock 12:15

Bu gün Xalq artisti Ağasadıq Gəraybəylinin anım günüdür.

Kulis.az məlumat verir ki, Ağasadıq Ağaəli oğlu Gəraybəyli 15 mart 1897-ci ildə, Şamaxıda bəy ailəsində anadan olub.

Atasını erkən itirib. Şamaxı zəlzələsindən sonra Bakıya köçüb. Əlisəttar adlı bir kişi onun kimsəsiz olduğunu bilib öz himayəsinə götürüb. Orta məktəb illərində Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub.

72 illik yaradıcılıq ömründə 200-dən artıq obraz canlandıran Ağasadıq Gəraybəyli Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəyovun "Arşın mal alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", sonralar "Vaqif", "Həyat", "On ikinci gecə", "Xanlar" və s. tamaşalarda oynayıb.

Aktyor sonuncu dəfə “Xurşidbanu Natəvan” tamaşasında yaşlı knyaz obrazını canlandırıb. Rolunu o qədər mükəmməl oynayıb ki, həmkarlarının çoxu, eləcə də tamaşaçılar hiss etməyiblər ki, 92 yaşlı aktyorun gözləri görmür...

1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayıb. Burada Bülbüllə, xalq yazıçısı Mirzə İbrahimovla, xalq şairi Süleyman Rüstəmlə qonşu olub. 1988-ci il dekabrın 5-də Bakı şəhərində vəfat edib.

# 842 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news