Akademik Milli Dram Teatrı Şəkidə qastrolda

Akademik Milli Dram Teatrı Şəkidə qastrolda
calendar 27 mart 2023
clock 18:40

Akademik Milli Dram Teatrının “Məlikməmməd” tamaşası Şəkidə nümayiş olunub

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində paytaxtda fəaliyyət göstərən səkkiz aparıcı teatrın Novruz bayramı ilə bağlı tətil günlərində bölgələrə qastrol səfərləri həyata keçirilir.

Qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Qastrol proqramına əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Şəki teatrsevərlərinin qonağı olub. Kollektiv martın 27-də - Beynəlxalq Teatr Günündə "Məlikməmməd" nağılı əsasında hazırlanan eyniadlı tamaşanı Şəkidə nümayiş etdirib.

Böyük maraqla baxılan səhnə əsərinin quruluşçu rejissorları Əməkdar artist Nicat Kazımov və rejissor Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədov və Könül Kərimovadır.

Tamaşada Əməkdar artist Mehriban Xanlarova, aktyorlar Elçin Əfəndi, Şəhla Əliqızı, Vüsal Mustafayev, Corc Qafarov, Elsevər Rəhimov, Rada Nəsibova, İlahə Həsənova, Lalə Süleymanova, Tural İbrahimov iştirak edirlər.

# 1540 dəfə oxunub

Oxşar xəbərlər

Aslan Kənan

Aslan Kənan

15:43 15 oktyabr 2025
"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Norma
Norma
menu pen all_news