AKİ Rasim Ocaqov adına təqaüdün növbəti namizədini açıqladı

AKİ Rasim Ocaqov adına təqaüdün növbəti namizədini açıqladı
calendar 17 oktyabr 2024
clock 15:22

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev ənənəyə sadiq qalaraq, görkəmli kinorejissor Rasim Ocaqovun adına təsis edilmiş təqaüdün növbəti namizədini təsdiq edib.

Kulis.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudovaya ünvanladığı məktubda yeni tədris ilinin başlanması ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinorejissor və kinooperator ixtisasına yiyələnən, təhsildə fərqlənən bir nəfər tələbənin (III, IV, magistratura - əyani kurslar) seçim üçün namizədliyini Azərbaycan Kinematoqrafçılar İttifaqına göndərməyini xahiş etmişdi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyi bu il həmin təqaüdə 3-cü kurs tələbəsi, Vətən müharibəsi qazisi Məmmədəli Əbilovun namizədliyini irəli sürüb.

ADMİU-nun Rejissorluq ixtisasının televiziya rejissoru istisaslaşması üzrə dövlət sifarişli əsaslarla təhsil alan Məmmədəli Əbilov 2023-cü ildə “Cinemoff” Beynəlxalq Kino Festivalının qalibi elan edilib. Onun telefonla çəkdiyi sosial çarx birinci yerə layiq görülüb.

Onun tələbə kimi nümunəvi xüsusiyyətləri nəzərə alınaraq Rasim Ocaqov adına təsis edilmiş təqaüdə layiq görülüb.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin qərarı ilə 2017-ci ildə təsis edilmiş “Rasim Ocaqov” təqaüdü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin audiovizual sənətlər üzrə təhsil alan əlaçı və nümunəvi tələbələr üçün nəzərdə tutulub.

Ötən illərdə ADMİU-nun bir neçə tələbəsi bu mükafata layiq görülüb.

Azərbaycan Kinematoqrafçılar İttifaqı davamlı olaraq kino təhsili alan tələbələrin kurs işlərinə dəstək və dərs vəsaiti ilə təminat işində fəal olub, bundan sonra da dərsliklərin çap olunması və tələbə filmlərin dəstəklənməsi istiqamətində addımlar atmaq əzmindədir.

aki.az

# 491 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news