Akif İslamzadənin səhvi... - 76 yaşlı kişi niyə qadınlardan danışır?

Akif İslamzadənin səhvi... - 76 yaşlı kişi niyə qadınlardan danışır?
calendar 30 iyun 2024
clock 12:00

Kulis.az Xalq artisti Akif İslamzadənin qadınlarla bağlı fikirləri haqqında Ağarza Elçinoğlunun yazısını təqdim edir.


21-ci əsr Azərbaycan incəsənəti tənəzzül dövrünü yaşayır. İncəsənət "incə səbət" olub, içini də özünə sənətkar deyən "sənətdən kar"lar doldurub...
Ədəbiyyatdan tutmuş musiqiyə qədər, aktyorluqdan tutmuş rəssamlığa qədər hər şey yerini dəyişib. Bu peşələrin xadimləri də öz yollarından bir o qədər uzaqlaşıblar.

Jurnalistika isə reytinq həvəskarlarının əlində öz mahiyyətini itirir, sayılı qalan əsl incəsənət xadimlərinin də gözdən düşməsinə səbəb olur. Belə ki, gündəm iki gündür Xalq artistimiz Akif İslamzadənin qadınlarla bağlı açıqlaması ilə çalxalanır. Onun dağ boyda sənəti qalıb kənarda, 76 yaşlı kişi qadınlardan danışır. Hər halda ona bu barədə sual verilib ki, Akif bəy də danışmağa məcbur olub. Nəticədə isə o, özünü ifadə edə bilməyib. İndi camaat "Ala gözlüm"ün möhürünü vuran bir şəxsin az qalır gözünü çıxarsınlar.

Onu bilərəkdən və ya bilməyərəkdən dediklərinə görə tənqid etmək ağlımın ucundan belə keçmir. Fikrimcə, Akif İslamzadənin yeganə səhvi odur ki, bu yaşda açıqlama verir. Axı kim əmindir ki, 76 yaşda özünü doğru-düzgün ifadə edə biləcək?! Dediyim kimi, gərək bu yaşda açıqlama verməyəydi. Ya da xalqın artisti kimi sona qədər sevilən biri kimi qalmağı bacarmaldıır...

Bir dəfə dəyərli xanəndəmiz Arif Babayevlə söhbət edirdik. Dedim ki,

– Arif müəllim, son zamanlar görünmürsüz, Muğam Müsabiqəsinin də cəmi bir verilişinə qatıldınız.
Mənə dedi ki,

– Oğlum, mən xalqın gözündə Arif Babayev kimi qalmaq istəyirəm. İstəyirəm ki, mən gedəndən sonra da o səs yaddaşlarda qalsın...

Adam xalqın qarşısında qazandığı hörməti əzmlə qoruyub-saxlayır, 86 yaşında belə hörmət və sevgini itirməmək üçün çalışır. Sənətkarın bu sözü mənə çox təsir etdi və ahılların, həqiqətən də, iki cür olduğuna əmin oldum. Birinci qrup qocaldıqca nuraniləşir və müdrikləşir. İkinci qrup isə "artıq günümü görüb, dövranımı sürmüşəm. Bundan sonra nə olur-olsun" düşüncəsi ilə ölümünü gözləyənlərdir...

Dediyim odur ki, gündəm boş qalan kimi Flora xanım Kərimova, Akif İslamzadə və digər yaşlı sənətkarlarımızı manşet edirlər. Bunun günahı da onların özündədir.
Bir görün Əlibaba Məmmədov necə yaşadı, Arif Babayev, Ramiz Rövşən necə ömür sürürlər?! Adları çəkiləndə insan istər-istəməz özünü düzəldir...

Lakin "ədəbi tənqidçi" olan, hələ tam formalaşmamış xalqımız da sənətlərinin zirvələrinə qalxan şəxsiyyətləri asanlıqla yerdən-yerə vurmağı yaxşı bacarırlar. İnanıram ki, bu gün Səxavət Məmmədov, Rübabə Muradova, Bəxtiyar Vahabzadə, Müşfiq, elə Sabir də sağ olsaydılar, onlara pərəstiş edən camaat indi nələr-nələr demirdilər...

İtirəndən sonra peşman olmaq yersizdir, şairin dediyi kimi, sağlığında qiymət verin insanlara...




Ağarza Elçinoğlu

# 4761 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news