Aktyor Rza Rzayevin kassasiya şikayəti icraata götürüldü

Aktyor Rza Rzayevin kassasiya şikayəti icraata götürüldü
calendar 21 iyul 2023
clock 10:34

Xuliqanlıq ittihamı ilə məhkum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayevin kassasiya şikayəti icraata götürülüb.

Kulis.az xəbər verir ki, bu barədə onun vəkili Səlahəddin Cəfərov məlumat verib.

İş Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

Şikayətdə R.Rzayevə qarşı irəli sürülmüş ittihamın əsassız olduğu qeyd edilərək bəraət qərarı çıxarılması istənilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki məlum deyil.

Qeyd edək ki, Rza Rzayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunub. Birinci instansiya məhkəməsi ona şərti olaraq üç il azadlıqdan məhrumetmə cəzası təyin edib. Sonradan Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişib. Qərara əsasən, Rza Rzayev iki il müddətinə azadlıqdan məhrum edilərək, məhkəmə zalında həbs olunub.

R.Rzayev Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevə xəsarət yetirməkdə təqsirləndirilib. Hadisə 2018-ci ilin yanvarında 220 saylı məktəb-liseydə baş verib. Təhsil müəssisəsinin direktor müavini, Rza Rzayevin bacısı Zeynəb Rzayeva həmin tarixdə direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra onun qardaşı Rza Rzayev direktorun yanına gələrək onunla mübahisə edib və iddiaya görə, daha sonra onu döyüb.

report

# 827 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news