“Allaha salam” filminin premyerası keçirildi

“Allaha salam” filminin premyerası keçirildi
calendar 1 noyabr 2024
clock 09:36

Oktyabrın 31-də Nizami Kino Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın ekranlaşdırdığı “Allaha salam” filminin premyerası olub.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən filmin əsas obrazı, Xalq artisti Məmmədsəfa Qasımov layihənin qısa müddət ərzində peşəkarlıqla ərsəyə gəlməsini böyük uğur kimi qiymətləndirib.

O bildirib ki, film Birinci Qarabağ müharibəsindən bəhs edir. “Mən qazi obrazına həyat verirəm. Burada onun müharibədən sonra evinə qayıdanda yaşadığı ağrı-acılar təsvir olunur. Çəkilişlərimiz Şamaxı və Şabran rayonlarında reallaşıb”, - deyə Xalq artisti əlavə edib.

Ekran əsərinin bədii rəhbəri, Xalq artisti Oqtay Mirqasımov, ssenari müəllifi və rejissoru Xəyal Rza filmin ərsəyə gəlmə prosesindən söhbət açıblar.

Deputat Aqil Abbas film haqqında fikirlərini bölüşərək, müsbət rəyini bildirib.

# 233 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news