Amil Xəlilin verilişi bağlandı

Amil Xəlilin verilişi bağlandı
calendar 10 sentyabr 2024
clock 11:43

Amil Xəlilin "Gəl danış" proqramının yayımı dayandırılıb.

Kulis.az xəbər verir ki, aparıcı verilişin Space TV-nin rəhbəri Vado Korovin tərəfindən bağlandığını deyib.

"Daimi tamaşaçılarımız, Allah şahididir ki, nə arvadını iki kişi ilə tutanı, nə qaynı ilə hoqqa verən gəlinləri, nə də şərəfsiz mövzuları efirə çıxartdım. Buna ekspertlər də şahiddir. Hətta yutubda tam olaraq baxa bilərsiniz... Canlı efirimdə olan qadın qonaqların belə ayaqlarını ayaqlarının üstünə qoyub oturmasına qadağa qoymuşdum. 9 il ərzində şou etdim, mövzuları teleseriala çevirmədim. Bacardığım qədər üz tutan insanların sosial şəbəkələrdə yox, efirdə məsələsini həll etdim. Bir sözlə, 9 ildə çox işlər gördük, rəsmi qrumlarla bərabər çalışdım. Mən müəmmalı ölüm hadisələrini jurnalist olaraq araşdıranda, hələ o mənəm-mənəm deyən aparıcılar “cuq-cuq” mövzularını yayımlayırdı. Bir sözlə, qərara hörmətlə yanaşıb, yayımı dayandırdıq.

Rəhbərimiz “Əgər millət narazıdırsa, biz etməyək” qərarını verdi. Bu mövsüm “Space TV” çox möhtəşəm və dəyərli layihələrlə görüşünüzə gəlir. Sizlər də sözünüzün üstündə durun. Sizə hörmət edənlərə qiymət verin. Sizin narazılığınıza hörmətlə yanaşan rəhbəri, jurnalisti üstün tutun. Hər bir kanala mən hörmətlə yanaşıram. Hər biri özümüzündür. Sadəcə, bunu paylaşıram ki, mesajlarınıza birbaşa cavab verim".

Qeyd edək ki, aparıcı "Xəbərsiz" və "Xoş gəldim" verilişləri ilə tamaşaçı qarşısına çıxacaq.

# 461 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news