“Ana” tamaşası Gənc Tamaşaçılar Teatrında nümayiş ediləcək

“Ana” tamaşası Gənc Tamaşaçılar Teatrında nümayiş ediləcək
calendar 1 noyabr 2022
clock 17:40

Noyabrın 5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük dramaturq və şair Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov olan böyük dramaturq H.Cavidin “Ana” əsəri azərbaycanca yazılmış ilk mənzum dram əsəri sayılır. Şair-dramaturq həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub. Yeganə oğlunun nişanlısına göz dikmiş varlı ailənin yetirməsi Orxanın qurduğu tələ həm özünün, həm də Ananın yeganə övladı mərd, igid Qanpoladın məhvinə səbəb olur. Bundan xəbərsiz olan Ana qatili öz evində gizlədir. Azərbaycan qadınının mərhəmət simvolu kimi təqdim olunan Ana namərd Muradı bağışlayır və onu öldürməsinlər deyə, gizlicə aradan çıxarır.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

# 1569 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news