Anar Kərimov kitabxananın və musiqi məktəbinin açılışında oldu

Anar Kərimov kitabxananın və musiqi məktəbinin açılışında oldu
calendar 19 sentyabr 2022
clock 17:40

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Mərkəzi Kitabxanasının binasının və Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilb ki, hər iki açılış mərasimində mədəniyyət naziri Anar Kərimov, nazirliyinin əməkdaşları, kitabxana və məktəbin kollektivi iştirak edib.

Səbail rayon Mərkəzi Kitabxanasının açılışı zamanı qeyd olunub ki, 600 kv m sahəsi olan kitabxana müasir standartlara uyğun təmir edilib, yeni inventar və avadanlıqlarla təchiz olunub. Kitabxananın interyeri yeni üslubda, fərqli şəkildə qurulub. Yeni nəsil kompüterlərlə, sürətli internet və wifi zona ilə təchiz olunan kitabxanada oxucuların hər sahədə daha geniş məlumat əldə etmələri üçün şərait yaradılıb. Onlar latın qrafikalı əlifba ilə nəşr olunmuş elmi-kütləvi və bədii ədəbiyyat, dərsliklər, müxtəlif ixtisaslar üzrə kitablarla zənginləndirilmiş fonddan rahat şəkildə istifadə edə biləcəklər. Müasir formada oxu masaları, kitab rəfləri də istifadəçi rahatlığı nəzərə alınaraq hazırlanıb.

İl ərzində Mərkəzi Kitabxana və filiallar vasitəsilə ümumilikdə 50 mindən oxucu müraciəti üzrə ənənəvi və virtual xidmət göstərilir. Hazırda Mərkəzi Kitabxananın fondu 268 min nüsxə təşkil edir, oxucuların sayı 13509 nəfərdir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev isə Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbində yaradılan şəraitlə bağlı nazir Anar Kərimova məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 789 kv m olan bina texniki cəhətdən yenidən qurulub, zəruri inventar və avadanlıqlarla təmin edilib. Təmirdən sonra məktəbin binasında 24 sinif otağı, akt zalı, 2 inzibati otaq və mətbəx otağı yaradılıb.

Məktəbdə 4 şöbə üzrə 13 ixtisas (fortepiano, violin, klarnet, fleyta, saksofon, tar, kamança, qanun, qarmon, nağara, vokal, xanəndəlik, gitara) tədris olunur, 278 şagird təhsil alır, 52 nəfər müəllim çalışır. Həmçinin şagirdlərdən ibarət xalq çalğı alətləri ansamblı, xor kollektivi və skripkaçılar ansamblı fəaliyyət göstərir.

# 1385 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news