Anar: "Müzakirə etməyə ayrı mövzu tapmırlar" - Açıqlama

Anar, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı

Anar, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı

calendar 13 avqust 2022
clock 11:20

"Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çox yaxşı, eyni zamanda savadlı şəxsdir”.

Kulis.az xəbər verir ki, bu sözləri Qaynarinfo-ya açıqlamasında Xalq yazıçısı Anar Rzayev Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun onu Xalq şairi kimi təqdim etdiyi görüşdən danışarkən deyib. Sədr bildirib ki, Əziz Əzizov onu yaxından tanıyır:

"Əziz müəllim çox savadlı adamdır, məni də yaxından tanıyır. Orada tədbirdə çıxış edəndə əsərlərimdən söz açdı. Məni tanımırsa, əsərlərimin adını, orada yazılanlardan necə danışa bilər? Bir texniki səhvdir, görünür, müzakirə etməyə ayrı bir mövzu tapmırlar. O boyda tədbir keçirilib, ondan niyə yazmırlar? Hər bir insan texniki səhv edə bilər”.

Qeyd edək ki, avqustun 10-da Suraxanı rayonunda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş keçirilib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Baş İdarənin rəisi İbrahim Əliyev çıxış edib. Tədbirdə hər iki şəxsin Anar Rzayevi Xalq şairi kimi tədim etməsi ilə bağlı sosial şəbəkədə məlumatlar yayılıb.

# 1888 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news