Anar Özbəkistanın “Dostluq” ordeni ilə təltif edildi

Anar Özbəkistanın “Dostluq” ordeni ilə təltif edildi
calendar 30 mart 2023
clock 11:34

Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin sərəncamı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, TÜRKSOY Yazıçılar Birliyinin fəxri prezidenti, Xalq yazıçısı Anara “Dostluq” ordeni təqdim olunub.

Kulis.az xəbər verir ki, bu haqda Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq ədəbi əlaqələr üzrə katibi, TÜRKSOY Yazıçılar Birlyinin vitse-prezidenti, şair Səlim Babullaoğlu məlumat verib.

O bildirib ki, martın 29-da Özbəkistanın Nəvai şəhərində, “Fəhad” Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistan prezidentinin müşaviri Xayraddin Sultanovun iştirakı ilə ordenin təqdimetmə mərasimi keçirilib.

Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Rayev, Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyid, Qazaxıstan və TÜRKSOY Yazıçılar Birlyinin sədri Esdövlət Uluqbəy, Qırğızıstan, Tatarıstan, Başqırdıstan yazıçı təşkilatlarının rəhbərləri, Türkiyə Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və İLESAM-ın rəhbərləri, Özbəkistanın tanınmış və mədəniyyət ədəbiyyat xadimləri, hökumətin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbir öncəsi Anarın kitablarının sərgisi keçirilib, yazıçının ədəbi fəaliyyəti ilə bağlı çıxışlar olub, hörmətli Xalq yazıçısının 85 illik yubileyi qeyd olunub.

525.az

# 1351 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news