Anardan Mehriban Əliyevaya doğum günü təbriki

Anardan Mehriban Əliyevaya doğum günü təbriki
calendar 26 avqust 2024
clock 15:34

Kulis.az Xalq yazıçısı Anarın Azərbaycan Republikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun sədri Mehriban xanım Əliyevaya ad günü təbrikini təqdim edir.

Hörmətli Mehriban xanım!

Ad gününüz mübarək!

Ölkəmizdə gördüyünüz saysız-hesabsız faydalı işlərlə bərabər, Siz dünyada da Azərbaycanı layiqli təmsil edirsiniz. Dünya Azərbaycanın gözəlliyini, məlahətini, mehribanlığını və mərhəmətini Sizin simanızda daha dərindən dərk edir.

Hörmətli Prezidentimizin ən yaxın silahdaşı kimi tarixi qələbələrimizdə Sizin də böyük payınız var. Şəhid ailələri ilə görüşlərinizdə Sizin necə kövrəldiyinizi, onlara necə həssaslıqla və qayğıyla yanaşmağınızı heç vaxt unutmuram.

Şərəfli yazıçı, jurnalist ailəsinin övladı kimi, unudulmaz alim Aida xanımın qızı kimi Sizin ədəbiyyatımıza diqqətiniz və qayğınız təbiidir.

Şəxsim adından, ailəm adından, yazıçılar adından Sizi ad gününüz münasibəti ilə ürəkdən təbrik edir, hələ çox-çox illər Müzəffər Prezidentimiz ilə bərabər xalqımızın rifahı, əmin-amanlığı, mədəniyyətimizin inkişafı yolunda parlaq fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

# 444 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news