Ankarada Nizaminin 880 illiyi münasibətilə tədbirlər keçirilib - Foto

Ankara, Nizami Gəncəvinin 880 illiyi

Ankara, Nizami Gəncəvinin 880 illiyi

calendar 19 oktyabr 2021
clock 11:50

Ankarada 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü və dahi Azərbaycan şairi, böyük ədib və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibətilə mərasim təşkil olunub.

Kulis.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi, UNESCO üzrə Azərbaycan və Türkiyə milli komissiyalarının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər - səfirlər, deputatlar, o cümlədən Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun və Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın rəhbərliyi ilə Ankarada səfərdə olan nümayəndə heyətləri iştirak ediblər.

Mərasimin rəsmi hissəsində Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Canın, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovun və UNESCO üzrə Türkiyənin Milli Komissiyasının sədri vəzifəsini icra edən Dəniz Çakarın çıxışları dinlənilib.

Sonra tədbir maraqlı musiqi proqramı ilə davam edib.

Azərbaycanın Xalq artisti Mənsum İbrahimov rəngarəng repertuarı və ecazkar səsi ilə səhnəni fəth edib. Xanəndəni Azərbaycanın Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Kamran Kərimov (nağara) və Pərviz Fərhadov (kamança) müşayiət ediblər.

Konsertin ikinci pərdəsində solistlər Demet Gürhan və Xosrov Hakan Amiri pianoda Gülər Dəmirova müşayiət edib.

Tamaşaçılar əsrarəngiz ifaları hərarətli alqışlarla qarşılayıblar.

# 2244 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news