Aqşin Yenisey: "Tamadalar bu dəqiqə "Hidayət" adına uyğun qafiyələr toplayırlar"

Aqşin Yenisey:  "Tamadalar bu dəqiqə "Hidayət" adına uyğun qafiyələr toplayırlar"
calendar 31 iyul 2024
clock 18:16

Kulis.az Aqşin Yeniseyin Hidayət Heydərovun qələbəsi ilə bağlı fikirlərini təqdim edir.

Balaca xalqları balaca saxlayan məsələlərdən biri də tarixi, mədəniyyəti cari ölçülərlə qiymətləndirməkdir.

Məsələn, bu dəqiqə bütün cəmiyyətimiz səfərbər olub ki, necə edək, Fransada qazanılan o qızıl medalı cari məsələlərə yönəldək.

Tamadalar belə bu dəqiqə "Hidayət" adına uyğun qafiyələr toplayırlar.

Bəzən belə bir sualla qarşılaşırıq: nə üçün sovet müasirləri arasından məhz Çingiz Aytmatov dünyaya çıxdı? Yeganə cavab budur: Aytmatov öz zamanının cari mövzularının quyruğundan yapışmamışdı.

Cəmiyyətin cariləşmək tələbinə boyun əyən adam bəşəriləşə bilməz. Carilik bəşərilik, əbədiyyət deyil, komfort, müvəqqəti şöhrət vəd edir. Bu da fərdin öz uğur hədəfini öz həyatıyla məhdudlaşdırmasına gətirib çıxarır.

Azərbaycan insanı cari işlərə yaramırsa, dövlət də, cəmiyyət də onu ölümə tərk edir.

Bütün Avropa Napoleonun yaratdığı gündəmlə yaşayanda Höte (Gete) ümumiyyətlə, Avropayla maraqlanmırdı. Özünə qapanıb "Faust"u yazırdı.

Və bu gün "Faust"un ərazisi də, şöhrəti də bütün Avropa qitəsindən daha böyük, daha geniş və daha əbədidir.

# 2054 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news