Arif Babayevin şəxsi arxiv fondu yaradıldı

Arif Babayevin şəxsi arxiv fondu yaradıldı
calendar 27 yanvar 2023
clock 18:50

Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı, kinorejissor Arif Babayevin şəxsi arxiv fondu yaradılıb.

Kulis.az xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.

Şəxsi arxiv fondu Arif Babayevin 95 illik yubileyinə ithaf olunub. Fonda görkəmli sənətkarın 200-dən çox fotosənədi, ssenariləri, diplom və fəxri fərmanları, şəxsi sənədləri, qəzet və jurnallar daxil edilib.

Şəxsi arxiv fonduna daxil olan sənədlər Arif Babayevin qardaşı, Xalq artisti, rejissor Vasif Babayev tərəfindən təhvil verilib.

Xatırladaq ki, Arif Babayev “Uşaqlığın son gecəsi” (1968), “Gün keçdi” (1971), “Ömrün ilk saatı” (1973), “Alma almaya bənzər” (1975), “Arxadan vurulan zərbə” (1977), “Bizi bağışlayın” (1979), “Birisigün, gecəyarısı…” (1981) bədii filmlərinin quruluşçu rejissoru olub.

# 1360 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news