ARKİ saxta seçki və şəhid pulunun mənimsənilməsinə aydınlıq gətirdi

ARKİ saxta seçki və şəhid pulunun mənimsənilməsinə aydınlıq gətirdi
calendar 26 yanvar 2023
clock 17:40

Bu gün mediada ARKİ-nin keçmiş mətbuat katibi Əli Vəliyevin vəzifəsindən ayrıldıqdan sonra bir sıra önəmli mədəniyyət xadimlərinin də ittifaqdan ayrılması ilə bağlı xəbərlər yayılıb. Əli Vəliyevin onların istefa səbəbindən danışarkən bildirib ki, Xalq artistləri, Əməkdar artistlər saxta seçkiyə və şəhid pulunun mənimsənilməsinə görə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvlüyündən istefa veriblər.

Kulis.az xəbər verir ki, ARKİ – nin Hüquq xidməti məsələ ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunub:

"Bildiririk ki, ARKİ-nin əməkdaşı olmuş Əli Vəliyev cəmiyyətimizin həssas olan təbəqəsinin, yəni şəhid ailələrinin adını hallandıraraq 25.01.2023-cü il tarixdə növbəti dəfə həqiqətə uyğun olmayan məlumat təqdim edib.

ARKİ-nin mühasibatlıq sənədlərinə əsasən 19.10.2020-ci il tarixdə ARKİ-nin üzvləri tərəfindən könüllülük prinsipi əsasında yığılan 2220 AZN nəğd vəsait Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hesabına köçürülüb. Qeyd edilən vəsait nəğd üsulla ARKİ-nin hesabına mədaxil edilmiş və ARKİ-nin hesabından əlavə vəsait ayrılmaqla ümumilikdə 5000 AZN məbləğində vəsait Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hesabına köçürülüb. Əli Vəliyev tərəfindən təqdim edilən qərəzli məlumatlar hüquqi qiymət verilməsi üçün araşdırma materiallarına əlavə edilib. 25.01.2023-cü il tarixli məqalədə “üzr istəyib sözlərimi geri götürəcəyəm” sözü ilə əlaqədar bildiririk ki, həqiqətə uyğun olmayan məlumat təqdim etdiyi üçün şəhid ailələrindən üzr istəməyi təklif olunur".

# 1390 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news