Aşıq Ələsgərin heykəli harada ucaldılacaq?

Aşıq Ələsgərin heykəli harada ucaldılacaq?
calendar 4 sentyabr 2023
clock 13:01

Aşıq Ələsgərin abidəsinin hissə-hissə bürüncdən tökülməsi prosesi başa çatıb.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya ARİ nəzdində İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov məlumat verib.

Onun sözlərinə görə, növbəti mərhələdə abidənin həmin hissələrdən yığılması başlayacaq: “Sözsüz, bu da bir qədər zaman alacaq prosesdir. Bütün birləşdirmə-bərkitmə işi yekunlaşdıqdan sonra isə müəllifin yekun baxışı olacaq”.

Direktor ümumi işin sentyabrın sonlarına təhvil verməyi planlaşdırdığını əlavə edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqə keçirilib və heykəltəraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz qalib olub. Abidənin memarı Malik Babayevdir.

Abidənin Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılması nəzərdə tutulur.

# 1055 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news