Asiya Film Fondu müraciətlərin qeydiyyatını açıq elan edir

Asiya Film Fondu  müraciətlərin qeydiyyatını açıq elan edir
calendar 27 fevral 2024
clock 11:30

Asiya Film Fondu 2024-cü il üçün Ssenarinin inkişafına dəstək – 26 Fevral – 20 Mart, Çəkiliş sonrasına ( post-production) dəstək – 25 Mart – 15 Aprel və Asiya Sənədli Film şəbəkəsi dəstəyi – 25 Mart – 15 Aprel tarixləri arasında qəbul elan edir.

Kulis.az xəbər verir ki, ssenarinin inkişafına dəstək kateqoriyasının “Asiya layihəsi” bölməsinə seçilmiş müəllif təqribən 12785 AZN (10 milyon Cənubi Koreya Vonu) mükafat və layihədə iştiraka rəsmi dəvət məktubu əldə edəcəkdir. Göndərilən layihə rejissorun birinci və ya ikinci tammetrajlı film layihəsi olmalı və özündə, hekayəsində, qəhrəmanlarında və s. Asiya elementlərini ehtiva etməlidir. Müraciət edən rejissorun ən azı bir qısa və ya tammetrajlı filmi olmalıdır.

Layihənin bu kateqoriyasına müraciət etmək üçün tələb olunan sənədlər aşağıdakı kimidir:

  1. Layihə barədə məlumat (başlıq, büdcə, istehsal planı və s.)
  2. Loqlayn (300 işarədən çox olmamaq şərtilə)
  3. Sinopsis (1500 işarədən çox olmamaq şərtilə)
  4. Rejissorun niyyət məktubu (2000 işarədən çox olmamaq şərtilə)
  5. Rejissor profili (1000 işarədən çox olmamaq şərtilə)

Hər 3 kateqoriya barədə əlavə məlumat üçün saytın rəsmi saytı: https://shorturl.at/bxFK9

Əlavə sullar üçün email ünvanı: [email protected]

# 799 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news