Audiovizual Şura elan etdiyi müsabiqəyə yekun vurdu

Audiovizual Şura elan etdiyi müsabiqəyə yekun vurdu
calendar 5 aprel 2024
clock 18:40

05 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilmiş, ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş müsabiqənin qalibi elan olunub.

Kulis.az xəbər verir ki, ilk olaraq müsabiqəyə sənəd təqdim etmiş ərizəçilərin sənədlərinin, texniki yayım imkanlarının, kadr və maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirib Müsabiqə Komissiyasının məruzəsi və rəyi dinlənilib.

Daha sonra Audiovizual Şuranın üzvləri iddiaçılar haqqında fikirlərini bildiriblər.

İclasın sonunda müsabiqəyə sənədlərini təqdim etmiş ümumən 2 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan iddiaçı - "Sağlam Media" MMC (radio redaksiyanın adı "Sağlam Radio") qalib elan olunmuş və müsabiqə üzrə yekun qərar verilib.

Qəbul edilmiş qərara əsasən Bakı şəhərindəki "Bakı Teleqüllə Kompleksi"ndən 93.0 MHs, Ağstafa rayonu ərazisindəki "Poylu" RTYS-dan 105.7 MHs, Quba rayonu ərazisindəki "Dağlı" RTYS-dan 104.7 MHs, Şirvan şəhəri ərazisindəki "Şirvan" RTYS-dan 104.5 MHs radiotezlikləri "Sağlam Radio" kanalının yayımı üçün "Sağlam Media" MMC-nin istifadəsinə ayrılıb.

# 912 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news