"Avroviziya 2023" Ukraynada keçiriləcəkmi? - Açıqlama

"Avroviziya 2023" Ukraynada keçiriləcəkmi? - Açıqlama
calendar 20 iyun 2022
clock 15:40

İyunun 17-də Avropa Yayım Birliyi (AYB) “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsinin Ukraynada keçirilməsinin mümkünsüzlüyü ilə bağlı rəsmi açıqlama yayıb.

Kulis.az xəbər verir ki, yarışın builki qalibi "Kaluş" qrupunun solisti Oleq Psyuk təşkilatrçıların qərarını şərh edərək, komandasının bu qərardan məyus olduğunu bildirib:

“Biz həqiqətən ümid edirik ki, bu, hələ də hansısa yolla dəyişdirilə bilər. Çünki biz həqiqətən də “Avroviziya”nı Ukraynada keçirmək istəyirik və Silahlı Qüvvələrimiz hər kəsin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi edəcək. Ona görə də AYB-dən və qərar verən hər kəsdən xahiş edirik ki, bizə bir az vaxt verin. Sübut edəcəyik ki, hər şey olması gərəkdiyi kimi olacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson da məsələyə münasibət bilidirərək vəziyyəti belə şərh edib:

"Fakt odur ki, Ukrayna qalib gəlib və onlar buna layiqdirlər. İnanıram ki, onlar “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi edə bilərlər və etməlidirlər. Hələ bir il var. Ona qədər Ukraynada sülhün bərqərar olacağına inanıram”.

# 1371 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news