“Avroviziya” mahnı müsabiqəsinin daimi şüarı qəbul edildi

“Avroviziya”  mahnı müsabiqəsinin daimi şüarı qəbul edildi
calendar 15 noyabr 2023
clock 10:13

“Avroviziya” mahnı müsabiqəsinin təşkilatçısı olan ölkələr 20 ildən də artıq müddət ərzində hər dəfə müsabiqə üçün öz şüarlarını müəyyənləşdirərək irəli sürüblər.

Lakin indi Avropa Yayım Birliyi (AYB) “Musiqi ilə birləşənlər” (United by music) ifadəsinin “Avroviziya”nın daimi şüarı olması ilə bağlı qərar qəbul edib.

Kulis.az xəbər verir ki, daha əvvəl bu şüar 2023-cü ildə Liverpulda keçirilən müsabiqədə istifadə olunub.

Qərar İsveçin “SVT” teleşirkəti gələn il Malmö şəhərində keçiriləcək müsabiqədə BBC-nin bu şüarından yenidən istifadə istəyini AYB-yə bildirdikdən sonra qəbul edilib.

“Müsabiqə ilə bağlı hazırlıqlara başladıqdan sonra şüar barədə düşünmək vaxtı yetişdi. Biz bu illər ərzində müsabiqədə istifadə edilən şüarlara nəzər yetirdik və məhz “Musiqi ilə birləşənlər” şüarının bu musiqi tədbirinin mahiyyətini ifadə etdiyi ilə bağlı qərar qəbul etdik. “Avroviziya”nı bundan daha yaxşı təsvir etmək mümkün deyil, bu musiqi tədbiri bütün Avropanı birləşdirir”, – deyə mahnı müsabiqəsinin “SVT” kanalındakı icraçı prodüseri Ebba Adielsson bildirib.

“Avroviziya”nın AYB-dəki icraçı prodüseri Martin Osterdal qeyd edib ki, müsabiqənin 70-ci ildönümü ərəfəsində onlar nəhayət, brendin əsl mahiyyətini ifadə edən şüarı tapmağa nail olublar.

“Avroviziya-2024” mahnı müsabiqəsinin keçirilməsi hüququ İsveçə aiddir, çünki ölkə təmsilçisi Lorin “Tatoo” mahnısı ilə builki tədbirin qalibi olub. Məhz bu uğurdan sonra İsveç qələbələrin sayına görə bu mahnı müsabiqəsinin rekordçusu adını qazanıb.

Qeyd edək ki, “Avroviziya-2024” mahnı müsabiqəsi “Malmö Arenada” 7, 9 və 11 may tarixlərində keçiriləcək. Azertac

# 878 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news