Avroviziyanın aparıcıları bəlli oldu

Laura Pauzini, Alessandro Kattelan və Mika

Laura Pauzini, Alessandro Kattelan və Mika

calendar 4 fevral 2022
clock 11:10

İtaliyada Turin şəhərində keçiriləcək "Avroviziya 2022" mahnı müsabiqəsinin aparıcıları bəlli olub.

Kulis.az xəbər verir ki, yarımfinal və final gecəsinin aparıcılığı Laura Pauzini, Alessandro Kattelan və Mikaya həvalə olunacaq. Bu haqda Eurovision.tv məlumat yayıb.

Laura məşhur italiyalı müğənnidir. Bir çox beynəlxalq mükafata layiq görülüb. O, eyni zamanda "Qremmi" və "Qızıl qlobus" mükafatlarını alıb.

Alessandro italiyalı aparıcıdır. O, "Total Request Live", "Le Iene" və "The X Factor" proqramlarından tamaşaçıya tanışdır.

Mika isə Britaniyanın Livan və Amerika əsilli müğənnisidir.

Qeyd edək ki, Azərbaycan mayın 12-də ikinci yarımfinal mərhələsində çıxış edəcək. Birinci final mərhələsi isə mayın 10-da baş tutacaq.

“Avroviziya-2022”nin final mərhələsi mayın 14-də Turin şəhərində keçiriləcək.

# 1214 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news