AYB üzvünə vəzifə verildi

AYB üzvünə vəzifə verildi
calendar 14 avqust 2022
clock 13:26

Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin üzvü, şair-publisist Yusif Nazim Ərəbsoy Diri Baba türbəsinə direktor təyin olunub.

Bu barədə o, özü kulis.az-a məlumat verib. O, vurğulayıb ki, Diri Baba türbəsi Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərir.

Diri Baba türbəsi Şirvanşahlar zamanının yadigarıdır. Bu əzəmətli türbə hər il minlərlə xarici turistin səyahət etdiyi yerlərdəndir. Zaman-zaman Adam Oleari, Övliya Çələbi, Kornelius de Bruin və s. xarici səyyahların diqqətini çəkən Diri Baba türbəsi ətrafındakı mağaralar sufizmin xəlvətilik qoluna mənsub dərvişlərin məkanı olub. Buranın maraqlı tikilişi, əzəməti insanı özünə cəlb edir. Şirvan-Abşeron memarlıq üslubunda olan abidə 1402-ci ildə Şirvanşah I İbrahimin əmrilə tikilib.

Qeyd edək ki, Avqustun 12-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Diri Baba türbəsində aparılan yenidənqurma işlərilə tanış olublar. Ölkə rəhbəri abidənin turizm infrastrukturunun inkişaf etdirilməsiylə bağlı öz tapşırıqlarını verib.

# 1261 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news