Aydan Salahova: "Xərçəngə qalib gələcəyimə əmin idim"

Aydan Salahova

Aydan Salahova

calendar 22 fevral 2023
clock 11:20

Mərhum Xalq artisti Tahir Salahovun qızı, rəssam və heykəltəraş Aydan Salahova haqqında lentə alınan "Aidan.doc” adlı sənədli film təqdim olunub.

Kulis.az xəbər verir ki, rəssam təqdimatda müsahibə zamanı xərçənglə mübarizədə qarşılaşdığı çətinliklərdən söz açıb.

"Xərçəngə qalib gələcəyimə şübhəm yox idi. Ancaq üç ay ərzində hiss etdiyim yan təsirlərə və şiddətli ağrılara hazır deyildim. Dostlarıma stomanı çıxartdığımı (red.- bağırsaq və ya onun bir hissəsi götürüldükdən sonra qarın boşluğunun ön divarında cərrahi yolla yaradılmış deşik, bağırsağın içindəkiləri boşaltmaq üçün nəzərdə tutulmuş dəlik) deyəndə, onlar dəhşətə gəldilər. Rusiyada bu barədə danışmaq normal deyil.

Ağrılar içində işləməyə davam edirdim. Eyni zamanda, xəstəlik mənə “yox” deməyi öyrətdi. Cəmiyyətə, ünsiyyətə “yox” deməkdə çətinlik çəkirdim. Çox mülayim biriyəm və insanları sevirəm. Bu, şərq təhsilidir. Ən pisi isə odur ki, hamının sənə yazığı gəlib “döz” deməsidir.

Beləcə, narahat olmamağı öyrənməyə başlayırsınız, buna dəyməz deyirsən. Yaxınlarınızın qarşılaşdıqları çətinliklər, problemdir, ancaq bunları öz ürəyinizə atmaq lazım deyil. Xəstəlik bunu öyrədir. Hər dəfə radioterapiyaya gələndə bu aparatın altında ağlıma müxtəlif fikirlər gəlirdi".

Qeyd edək ki, Salahova ilk dəfə xəstəliyini 2017-ci ildə bilsə də, uzun illər diaqnozunu gizlədib.

# 1820 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news