“Azdrama” mövsümün son tamaşalarını təqdim edəcək

“Azdrama” mövsümün son tamaşalarını təqdim edəcək
calendar 16 iyun 2022
clock 16:20

Akademik Milli Dram Teatrı mövsümün son tamaşalarını təqdim edəcək.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, teatrın kollektivi 149-cu teatr mövsümünü uğurla yekunlaşdırıb yay tətilinə yollanacaq.

İyunun 17-də teatrsevərlərə Həsən Həsənovun “Qürbətdən gələn məktublar” tamaşası təqdim olunacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Teatrının repertuarında maraqlı tamaşalardan olan, görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” tamaşası iyunun 18-də nümayiş ediləcək. Səhnə əsəri ikihissəli tale dramıdır. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Tamaşaçılar iyunun 19-da “Cəhənnəm sakinləri” tamaşasına baxacaqlar. Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətovdur.

25-26 iyun tarixlərində isə “Zəfər yolu” tamaşası nümayiş olunacaq. Teatrın bağlanış mərasimi məhz bu tamaşa ilə olacaq. Səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbəyə ərməğan olan yeni tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Azər Paşa Nemətov və Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Mədəniyyət ocağı öz tamaşaçılarını mövsümün son tamaşaları üçün biletləri teatrın kassasından və iticket.az saytından əldə etməyə çağırır. Yerlər məhduddur.

# 1485 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news