Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olundu

Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olundu
calendar 30 iyun 2023
clock 12:05

Almaniyanın Detmold şəhərində yaşayan Azərbaycan əsilli bəstəkar, “Bridge of Sound” ansamblının və orkestrinin yaradıcısı və bədii rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalovanın “Solo fortepiano üçün uşaq pyesləri” adlı dərsliyi alman dilində nəşr olunub.

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dərslik Frankfurtdakı “Lavrentius” musiqi nəşriyyatı tərəfindən çap edilib.

Milli musiqimizin Almaniyada təbliği məqsədilə nəşr edilmiş dərsliyə Azərbaycan bəstəkarlarının, o cümlədən Xədicə Zeynalovanın əsərləri daxil edilib.

Dərslik art-direktor Elşən İbrahimov, dizayner Maqsud İbrahimov və illüstrator Mərziyə Tağıyeva tərəfindən nəşrə hazırlanıb.

Qeyd edək ki, Bakı Musiqi Akademiyasının məzunu olan Xədicə Zeynalova Azərbaycan Bəstəkarlar İttifaqının, Almaniyanın GEMA təşkilatının və “Qadınlar musiqidə” Beynəlxalq Alyansının üzvü, Detmold Konservatoriyasının və Paderborn Universitetinin dosentidir. Onun əsərləri Almaniya, İsveçrə, Avstriya, Azərbaycan, Böyük Britaniya, İtaliya, Kanada, Türkiyə, Oman, Fransa, Gürcüstan, Kipr, Macarıstan, ABŞ və digər ölkələrdə səsləndirilir. Bəstəkar yaradıcılıq və diaspor fəaliyyətinə görə Azərbaycan Respublikasının “Nizami” və “Diaspor fəaliyyətində xidmətə görə” medallarına layiq görülüb.

# 1133 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news