Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti nəşr olundu

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti nəşr olundu
calendar 13 dekabr 2023
clock 12:52

Dövlət Tərcümə Mərkəzi Azərbaycan dilinin və ədəbiyyatının böyük hamisi, əbədiyaşar milli lider Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Ana dilimizin yeni və daha təkmil orfoqrafiya lüğətini ərsəyə gətirib.

Kulis.az xəbər verir ki, lüğətin tərtib müəllifi – Xalq yazıçısı Afaq Məsud, Ön sözünün müəllifi redaksiya heyətinin üzvü – akademik Nizami Cəfərov, redaksiya heyətinin digər üzvləri – filologiya elmləri doktoru, professor Vilayət Quliyev, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, filologiya elmləri doktoru, professor Cəlil Nağıyev, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, filologiya elmləri doktoru, professor Rüstəm Kamal və filologiya üzrə fəlsəfə doktoru, dilçi-alim İsmayıl Məmmədovdur.

Söz ehtiyatımızı milli orfoqrafiya lüğəti tarixində (1929–2021) mənbə nəşrlərdə yer almamış aydın, banbal, batağan, bişməcə, boyaçı, böv, buzxana, bükməçi, bürümə, ceviz, çaba, çağrı, çaxçur, çaxıntı, çalkeçir, çətələ, çinə, çivzə, çodar, dağçı, deşdək, dərnə, diləkçə, diriliş, dolğu, əkinti, əntiqçi, əsim, gödəkçə, görəlgə, görüntü, gözləm, guppun, gülməcə, günəşum, güvən, köçkün, kürəyəc, qamçı, qayım, qomarğa, qorqud, qovana, qurğan, qural, quralma, qurmaca, quytun, quzaq, lumu, maya, milçə, odər, olum, ora, ova, ovxam, önəm, özüm, paravan, sadaq, sağın, sarğac, silgəc, suvama, suyum, südçörəyi, sürəc, taxım, tanıtım, torumca, turan, tutağac, tutama, yadırğa, yayaq, yetənək, yorğu, uca və s. kimi minlərlə (ümumi sayı 30 000-dən çox) saf Azərbaycan sözləri, bitki, heyvan, silah, minik, alət, qurğu adları, eləcə də müasir həyatımızda geniş işləklik qazanmış anneksiya, antiterror, bioenerji, biosistem, bloger, bloq, boulinq, datakart, daycest, demarkasiya, deşifrə, destabil, detoks, dominat, dopler, eksport, ekzitpol, eleqant, elitar, emiqrant, emiqrasiya, entuziazm, erudit, eyforiya, feysbuk, flot, gid, inisial, instaqram, kardiocərrah, kseroks, login, logistika, loqo, mesencer, parfüm, ratsiyaçı, reformçu, reket, rezus, rezüme, rul, satiraçı, skalpel, skrinşot, sloqan, sosium, spot, ştrixkod, tester, tvitter, yutub, vayber, vitraj, vizaj və s. kimi terminlərlə zənginləşdirən lüğətin daha bir əlamətdar uğuru – nəşrin Ulu Öndərin türk dünyasında zərb-məsələ çevrilmiş “Bir millət, iki dövlət” kəlamının davamı olaraq son illər ölkədə geniş işləklik qazanmış yüzlərlə türkkökənli sözlərlə dolğunlaşdırılması və nəticə etibarilə dilimizin Ana kitabının mənzərəsinin dəyişilərək ona türk dilləri qrupunun aparıcı və ümumişlək dil vəsaiti statusu qazandırmasıdır.

# 3571 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news