Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olundu

Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olundu
calendar 9 sentyabr 2024
clock 09:45

Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak edib.

Kulis.az xəbər verir ki, səfirliklər stendləri vasitəsilə mədəniyyətlərini, milli mətbəxlərini və rəqslərini nümayiş etdiriblər.

Azərbaycanın təqdimatı festival iştirakçılarının diqqətini cəlb edib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Xan Şuşinksi Fondunun təşkilatçılığı ilə festivalda xalqimızın milli mənəvi sərvəti olan və 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilən muğam musiqisi təqdim olunub.

Xanəndə Nisbət Sədrayeva tarzən Rüstəm Müslümov və Əməkdar artist, kamançaçı Toğrul Əsədullayevin müşayiəti ilə bir çox muğam dəstgahlarını ifa edib. Musiqiçilərimizin ifası festival ziyarətçiləri tərəfindən alqışlarla qarşılanıb.

# 362 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news