Azərbaycan ilə Misir fotoklubları arasında memorandum imzalandı

Azərbaycan ilə Misir fotoklubları arasında memorandum imzalandı
calendar 13 iyun 2024
clock 14:30

“Gilavar Foto Klubu” İctimai Birliyinin təşkilatçılığı, Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə ölkəmizdə səfərdə olan misirli fotoqraf Ahmed Mohamed Hassan ilə görüş olub.

Kulis.az xəbər verir ki, yerli fotoqrafların iştirak etdiyi “Fotoqonaqla görüş” layihəsi birliyin “PeşəkarSən” maarifləndimə proqramı çərçivəsində keçirilib.

İctimai birliyin idarə heyətinin sədri Rəşad Mehdiyev Gilavar Foto Klubunun fəaliyyəti barədə qonağa məlumat verib, azərbaycanlı fotoqrafların beynəlxalq arenadakı uğurlarından bəhs edib.

“Pharaoh” (Firon) beynəlxalq fotoklubunun təsisçisi və rəhbəri Ahmed Mohamed Hassan fotoqraflarla öz fikirlərini bölüşüb, təqdimatla çıxış edib. Dünyada 20-dən artıq foto təşkilatın titullarına layiq görülən qonaq yerli fotoqraflara ustad dərsi keçib.

Bundan əlavə, Ahmed Mohamed Hassan Gilavar Foto Klubu tərəfindən təşkil olunan “Azerbaijan Photo Salon 2024” beynəlxalq fotomüsabiqədə münsif qismində çıxış edir.

Tədbir çərçivəsində iki klub arasında Anlaşma Memorandumu imzalanıb.

Sonda Gilavar Foto Klubunun bir qrup üzvünə “Pharaoh” beynəlxalq fotoklubu tərəfindən fəxri diplomlar verilib.

# 533 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news