Azərbaycan kinosu ilk dəfə “Qoyya” uğrunda yarışa qatılır

Azərbaycan kinosu ilk dəfə “Qoyya” uğrunda yarışa qatılır
calendar 1 noyabr 2023
clock 10:04

İlqar Nəcəfin “Suğra və oğulları” bədii filmi “Ən yaxşı Avropa Filmi” nominasiyasında nüfuzlu “Qoyya” mükafatı uğrunda müsabiqəyə qatılıb.

Kulis.az xəbər verir ki, filmi müsabiqəyə Azərbaycan Kinematoqrafçılar İttifaqı təqdim edib.

Bu mükafat İspaniya Kino Sənəti və Elmləri Akademiyası tərəfindən təsis olunub (Academia de las Artes y las Ciencias Cinematográficas de España (Academy of Motion Picture Arts and Sciences of Spain) və “Oskar”. “BAFTA”, “Sezar”la yanaşı Kino Akademiyaları tərəfindən təqdim edilən ən nüfuzlu kino mükafatlarındandır.

Bu günə qədər Alexandra Amnebar, Pedro Almodovar, Karlos Saura kimi nüfuzlu kinorejissorlar “Qoyya” mükafatını alıblar.

Qeyd edək ki, İlqar Nəcəfin “Suğra və oğulları” filmi “Ən yaxşı Avropa filmi” kateqoriyasında Şarlot Velsin “Günəşdən sonra” (Britaniya) Castin Trietin ”Payızın anatomiyası” ( Fransa), Asimina Proedrounun “Saman tayalarının arxasında” (Yunanıstan), Karmen Jakuerin “İldırım” ( İsveçrə), Marko Martinin “Böyük Yarmut: Müvəqqəti rəqəmlər” ( Portuqaliya), Şarlot Vandermerşin və Felika Van Groeningenin “8 dağ” ( İtaliya), Juraj Lerotiçin “Təhlükəsiz saray” (Xorvatiya), İlker Çatakın “Müəllimlər zalı” (Almaniya) və Löik Tansonın “Sonuncu küllər” (Lüksemburq) filmləri ilə yarışacaq.

Filmdə baş rolları Günəş Mehdizadə, İlqar Cahangir, Rasim Cəfər, Aydan Həsənzadə ilə yanaşı uşaq aktyorlar Hümbət Əhmədzadə, Paşa Məmmədli oynayıblar. Filmin ssenari müəllifləri İlqar Nəcəf, Asif Rüstəmov və Roelof Jan Minnebo (Niderland), quruluşcu operatoru Avropa kinoakademiyasının üzvü Ayhan Salar (Almaniya), səs rejissoru Mixael Menzkedir (Almaniya).

# 1109 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news