Azərbaycan Moskvada təmsil olunacaq

Azərbaycan Moskvada təmsil olunacaq
calendar 11 avqust 2023
clock 18:00

Moskvada avqustun 30-dan sentyabrın 1-dək “Uşaq ədəbiyyatı dilində: MDB ölkələri və Gürcüstanın uşaq ədəbiyyatı və mütaliə sahəsində əməkdaşlığı” adlı ilk Beynəlxalq Uşaq və Gənclər Kitab Forumu keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbir Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və MDB dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun dəstəyi ilə Rusiya Dövlət Uşaq Kitabxanası tərəfindən “Oxucu yetişdiririk” assosiasiyası ilə birgə təşkil olunub.

Forumun proqramı uşaq ədəbiyyatı, tərcümə, illüstrasiyalar və kitab dizaynı, eləcə də rus dilinin, millətlərarası ünsiyyət kimi əsas roluna həsr edilib.

Azərbaycanı beynəlxalq forumda Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini Zahirə Dadaşova təmsil edəcək. Azərbaycandan başqa forumda Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Gürcüstan və digər dövlətlərdən uşaq yazıçıları, rəssam-illüstratorlar, uşaq kitablarının dizaynerləri, kitabxanaçılar, uşaq ədəbiyyatı və mütaliə sahəsində mütəxəssislər iştirak edəcək.

Qeyd edək ki, spikerlər uşaq və gənclərin mütaliəsi sahəsində ən maraqlı maarifləndirmə layihələri və təcrübələrini bölüşəcəklər.

# 866 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news