Azərbaycan müəllifləri Hindistanda – Memorandum imzalandı

Azərbaycan müəllifləri Hindistanda – Memorandum imzalandı
calendar 23 yanvar 2023
clock 13:30

Ötən həftə “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Hindistanın Çennai şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində iştirak edib.

Kulis.az xəbər verir ki, sərgiyə Tamil Nadunun baş naziri də qatılıb və ikitərəfli memorandumların imzalanmasına xeyir-dua verib.
Şahbaz bəy sərgi ilə bağlı bunları söyləyib: “Azərbaycanın təmsilçisi kimi ikitərəfli 30 memorandum imzaladım. 15 kitab bizim dildən tamilcəyə, 15 kitab isə tamilcədən bizim dilə tərcümə edilməlidir”.

Təqdim olunan Azərbaycan müəlliflər arasında İlkin Rüstəmzadə, Rəşad Səfər, Şamxal Həsənov, Pərviz Cəbrayıl, Şərif Ağayar, Rasim Qaraca, Məqsəd Nur və Seymur Baycan vardır.

İmzalanan memorandumlar sərginin Xüsusi Komitəsi tərəfindən dəyərləndiriləndən sonra tamilcə nəşrinə dəstək veriləcəkdi

# 1615 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news